Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meteohəssas insanlara xəbərdarlıq - Özünüzü narahat hiss edəcəksiniz

  • 2018.07.04 22:56
  • 8102 Baxış
Meteohəssas insanlara xəbərdarlıq  -  Özünüzü narahat hiss edəcəksiniz
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib.


Medicina.az xəbər verir ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.


Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir. Açıq havada uzun müddət qalmaq məsləhət deyil.