Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meteohəssas insanlar üçün XƏBƏR

  • 2019.07.19 09:15
  • 3057 Baxış
Meteohəssas insanlar üçün  XƏBƏR




Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.


Rəsədxanadan Medicina.az
-a verilən məlumata görə, ötən gün Günəş diski ləkəsiz olub. Koronoqraf görüntülərində Yerə doğru yönələn hər hansı bir cism müşahidə olunmayıb.


Növbəti günlər - iyulun 18-dən 20-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.


Proqnoz dövründə ümumən sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 18 və 19-da 5 faizdən, iyulun 20-də isə 1 faizdən aşağı qiymətləndirilir.