Havaların soyuq və küləkli keçməsi ilə əlaqədar olaraq qrip infeksiyası sürətlə yayılır. Əsasən də uşaqlar arasında gecələr tutan quru öskürək heç bir antibiotik və digər dərman vasitələrinə tabe olmayaraq uzun müddət sürür. Onu da nəzərə almaq lazımdır ki, dərman vasitələri və antobiotiklərdən uzun müddət istifadə etmək orqanzimin immunitetini daha da aşağı salaraq xəstəliyin artmasına səbəb olur. Buna görə də yaxşı olardı ki, əlavə olaraq xalq təbabəti metodlarından da vaxtaşırı istifadə olunsun. Çünki xalq təbabəti reseptlərinin tərkibində olan maddələr müəyyən xəstəliyi aradan qaldırmaqla yanaşı, həm də orqanzimi vitamin və minerallarla təmin edərək xəstəliyə qarşı olan müqaviməti artırır.
Medicina.az sizə bronxit zamanı istifadə oluna biləcək ən effektiv və ən dadlı resepti təqdim edir.
Lazım olanlar:
•250 ml təzə süd
•1 ç/q kərə yağı
•1 ç/q bal
•1 yumurta sarısı
•Çay qaşığının 4/1 hissəsi qədər çay sodası
•1 ç/q konyak
Hazırlanması:
1.Südü qaynadaraq soyudun. Daha sonra ora bal və yağı əlavə edin. Yaxşıca qarışdırın.
2.Qarışığa soda, yumurta sarısı əlavə edərək yenidən qarşıdırın.
3.Arzu olunan təqdirdə 1 ç/q konyak əlavə edin.
Bu vasitədən yatmazdan əvvəl 50 ml qəbul edin. Növbəti gündən effekti görəcəksiniz.
Arzu
Medicina.az