Metopnevmorus artıq kovid pandemiyasının olduğu illərdəki kimi dünyanı çalxalayır. Artıq həkimlər yenidən maska qorunmasını gündəmə gətirib.
“Medicina” xəbər verir ki, rusiyalı immunoloq Nikolay Kruçkov maskanın virusdan nə dərəcədə qoruya biləcəyinə aydınlıq gətirib.
“İstənilən qrip, kəskin respirator xəstəlikdən qorunmaq üçün tibbi maska əsas şərtdir.
Çünki yoluxdurucu mənbə insanlardır. Biz insanlarla daha çox ünsiyyətdə oluruq. İstənilən soyuqlama əlaməti qrip, kovid və ya metapnevmorusun əlaməti ola bilər.
Harda hansı virusa yoluxacağımızı bilə bilmərik. Ona görə xəstə də, sağlam da təhlükəsizlik tədbiri görməlidir.
Xəstə olduqda dərsə və ya işə getməmək, ictimai nəqliyyatdan istifadə etməmək, adam kütləsi olan yerdən qaçmaq və özünü təcrid etmək, ağızı burunu bağlamaq, əlləri dezinfeksiya etmək lazımdır.
Kovidi, qripi və yeni virusu ayrıd etmək mümkün deyil.
Maska immunoloji zəif xəstələrə,uşaqlara, hamilələrə, yaşlılara xüsusən lazımdır. Tibbi maska ictimai yerlərdə taxılmalı, havada çıxarılmalı, bir maska cəmi 2-3 saat istifadə edilməli, sonra zibil qabına atılmalı və əllər yuyulmalıdır”.
Aygün Musayeva