Qırğızıstanda 2024-cü ilin son günlərində yeni meydana çıxan metapnevmovirusa iki yoluxma halı qeydə alınıb.
"Medicina" xəbər verir ki, rəsmçi məlumata görə, hazırda ölkədə epidemioloji nəzarət tədbirləri gücləndirilib, pasiyentlərdən götürülən nümunələr laboratoriyaya göndərilib.
"2024-cü ilin oktyabrından dekabrına qədər xəstələrdən ümumilikdə 1 144 nümunə toplanıb, nəticədə metapnevmovirusa iki yoluxma halı qeydə alınıb", - məlumatda qeyd olunur.
Qeyd edək ki, Çinin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-un simptomlarına bənzər əlamətlərlə müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə, titrəmə. Ümumilikdə isə xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan insanlarda bronxit və pnevmoniya inkişaf edə bilər.