Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur yazıçı koronavirusdan öldü

  • 2020.06.11 16:04
  • 1750 Baxış
Məşhur yazıçı koronavirusdan öldü


Məşhur rusiyalı yazıçı-satirik Anatoli Truşkin 78 yaşında vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “RBK”ya ailənin dostu Luka Zatravkin məlumat verib.

Truşkinin ölümünə səbəb koronavirusun törətdiyi fəsadlar olub. Xəstəlik bir aya yaxın idi ki, davam edirdi və ağır formada keçirdi. Bir müddət o, süni tənəffüs aparatına qoşulu idi.

Zatravkinin sözlərinə görə, Truşkin epidemiya zamanı özünütəcrid qaydalarına əməl edirdi, lakin mayın əvvəlində virusa yoluxdu. O qeyd edib ki, satirik bir neçə gün tibbi kömək üçün müraciət etməyib. Truşkinin həyat yoldaşı Natalya koronavirusdan evdə müalicə olunub, satirikin özü isə reanimasiyaya düşüb.

Qeyd edək ki, Anatoli Truşkin – Sovet və rus ədəbiyyatçısı, redaktor və ssenarist, həmçinin televiziyada yumoristik proqramların daimi iştirakçısı idi. 1992 və 2010-cu illərdə “Literaturnaya qazeta”nın “Qızıl dana” mükafatına layiq görülmüşdü.