Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur şüşətəmizləyici mayelər təhlükəlidir

  • 2025.03.17 17:39
  • 119 Baxış
Məşhur şüşətəmizləyici mayelər təhlükəlidir

Rusiyalı həkimlər məşhur təmizləyici məhsulun təhlükələri barədə xəbərdarlıq edib.


“Medicina” xəbər verir ki, qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov şüşə təmizləyicilər allergik reaksiyalara və tənəffüs yollarının qıcıqlanmasına səbəb ola biləcəyini açıqlayıb.

“Şüşə və güzgü təmizləyicisinin yanlış seçimi şüşə səthinin zədələnməsinə və hətta sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.

Ona görə də bu cür məhsulların komponentləri haqqında təsəvvürə malik olmaq və onu alarkən məhsulun tərkibinə diqqət yetirmək vacibdir.


Yüksək miqdarda ammonyak, xlor, paraben və ftalatlar olan məhsulları almaqdan imtina etmək daha yaxşıdır. Bu maddələr pəncərələrin çərçivə örtüklərini, rezin kiplərini və metal hissələrini zədələyə, korroziyaya və şüşə şəffaflığının pozulmasına gətirib çıxara bilər”.

Taxta çərçivələri olan pəncərələrə qulluq üçün Doroxov ammonyak və yüksək miqdarda spirt və amin tərkibli məhsullardan istifadə etməyi tövsiyə etmədi.


PVC plastik çərçivələrbir çox həlledicilərə kifayət qədər davamlıdır, lakin aqressiv birləşmələrdən istifadə edərkən hələ də diqqətli olmalısınız.


“Hər hansı bir yuyucu vasitə uzun müddət saxlandıqda dərinin şişməsinə və qıcıqlanmasına səbəb ola bilər. Məhsulların tərkibində ətirlərin və boyaların olması allergik reaksiyalar və tənəffüs yollarının qıcıqlanması ilə nəticələnir. Allergiyadan əziyyət çəkən və ekzemaya meylli insanlar üçün bunu nəzərə almaq xüsusilə vacibdir”.


Aygün Musayeva