Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur sıyıqların zərərləri barədə xəbərdarlıq – Uşaqlara da verirsiz

  • 2023.02.23 19:12
  • 2609 Baxış
Məşhur sıyıqların zərərləri barədə xəbərdarlıq  – Uşaqlara da verirsiz

Hər gün süddə və ya suda bişmiş bu yarmalardan sıyıqları yemək olmaz.

“Medicina” xəbər verir ki, həkimlər faydalı hesab edilsə də populyar sıyıqların gündəlik qidaya uyğun olmadığının səbəblərini açıqlayıb.

Qarğıdalı tərkibli – bu sıyıqda allergen çoxdur. Hər gün yedikdə orqanizmdə allergenlər yığılır. Eləcə də qlilkemik indeksi çox yüksəkdir. Onu yedikdən sonra qanda şəkər kəskin qalxır. Diabetli xəstələrə qəti olmaz.

Buğda yarması tərkibli – buğdada yod mübadiləsinə zərər verən birləşmə var.

Ona görə də yod defisiti, qalxanvari vəz problemi, hipoteriozu olan insanlara bu qida olmaz. Eləcə də mədə turşuluğu yüksəkdirsə, qastrit, xora varsa, buğda mənşəli sıyıq vəziyyəti pisləşdirə bilər.

Düyü sıyığı – ağ düyünün üzərindəki qat soyulduğu üçün o ancaq karbohidratdan ibarət olur.

Belə sıyıq qanda şəkəri kəskin qaldırır, kökəlmə yaradır, eləcə də ağ düyü böyrəklərdə daş əmələ gətirir.

Yulaf sıyığı- yulafda fitin turşusu var, o kalsiumun sovrulmasına mane olur.

Ona görə bu sıyığı hər gün yedikdə osteoporoz riski var.

Mannı sıyığı – heç bir lif yoxdur, ona görə bu sıyığı uşaqlara da çox verməyin. Qısa müddətə həzm olur, qanda şəkəri artırır, insulin dirənci yaradır, eləcə də bu sıyığı yemək qanda dəmir azlığına səbəb olur.

Aygün Musayeva