Məşhur şirkət bağırsaq xəstələri üçün dərmanlar hazırlayan “Morphic”i satın alır

  • 2024.07.09 15:23
  • 750 Baxış
Məşhur şirkət bağırsaq xəstələri üçün dərmanlar hazırlayan  “Morphic”i satın alır
ABŞ-ın əczaçılıq şirkəti “Eli Lilly” ölkədəki digər bir şirkət olan “Morphic Holding”i 3,2 milyard dollara alacaq.

Medicina.az xəbər verir ki, artıq bu barədə iki şirkətin razılığa gəldiyi bildirilib.

“Eli Lilly” tərəfindən edilən açıqlamada “Morphic Holding”ə səhm başına 57 dollar veriləcəyi qeyd edilib.

Alış prosesi lazımi icazələrdən sonra 2024-cü ilin üçüncü rübündə başa çatdırılacaq.

Açıqlamadan sonra “Morphic Holding”in səhmləri təxminən 76 faiz bahalaşıb.


Aysel