Məşhur şair Musa Yaqubun səhhəti pisləşib.
Medicina.az xəbər verir ki, moderator.az şairin səhhəti ilə maraqlanıb.
Qızı, şairin vəziyyətinin yaxşı olmadığını, danışa bilmədiyini bildirib:
"Danışmaq vəziyyətində deyil. Qrip deyil, nəfəs problemi var, onu əldən salır. Gecələr heç yata bilmir. Gəzəndə özümüz gəzdiririk”.