Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur qızdırma dərmanının daha bir zərəri tapıldı

  • 2022.10.25 18:30
  • 3329 Baxış
Məşhur qızdırma dərmanının daha bir zərəri tapıldı

Parasetamolun hematuriya yarada bilməsi sübut edilib.

"Medicina" xəbər verir ki, parasetamolu həm ağrıkəci, həm də qızdırma salıcı kimi hər kəs istifadə edir.
Onun yan təsirlərindən biri sidikdə özünü göstərir.

Hematuriya -qanlı sidikdir.

Parasetamol dozası aşılanda, çox qəbul edildikdə baş verir.

Hər il minlərlə insan təcili yardıma məhz parasetamol səbəbindən müraciət edir.

Bu dərmanın yüksək dozaları böyrək və qaraciyər çatışmazlığına kimi gətirib çıxara bilər.

Əsas simptomların ürəkbulanma, qusma, dərinin saralması, sidikdə qan, sidiyin qaralması, sidiyə getmədə çətinlik ola bilər.
Ona görə bu dərmanı zərərsiz bilməyin. Tövsiyə olunan yaşa və vəziyyətə uyğun dozanı aşmayın.

Standart doza 1 və ya 2 tablet- hər tablet 500 mq-dır. 24 saat ərzində cəmi 2 dəfə bu doza qəbul oluna bilər.
Əgər parasetamoldan sonra sidikdə qan görürsüzsə, dərhal həkimə müraciət edin.

Aygün Musayeva