Bədəninizi xərçənglə mübarizədə dəstəkləmək üçün bəzi qidaların gücündən yararlana bilərsiniz.
Bir neçə məhsulla hazırlanan qarşımlar orqanizmi faydalı maddələrlə doldurur. Bu cür qarışımları içki kimi qəbul etmək daha effektiv olur.
Medicina.az xəbər verir ki, bu barədə onkoloq İvan Karasev “Telegram” kanalında danışıb.
Mütəxəssis 10 məhsulun xərçəng hüceyrələri ilə mübarizədə ən yaxşı effekt göstərdiyini söyləyib. Həkimin sözlərinə görə, onlar qarışdırıldıqda daha tez təsir göstərirlər.
Həmin məhsullar bunlardır: brüssel kələmi, brokoli, sarımsaq, xırda soğan, sarıkök, qara istiot, zoğal, qaragilə, qreypfrut və yaşıl çay.
"Bu on komponentin birləşmiş təsiri əsasən mədə-bağırsaq xərçənginin qarşısını alır", - deyə onkoloq qeyd edib.
O, reseptin professor, onkoloq Riçard Belivoya məxsus olduğunu bildirib.
“Yuxarıda göstərilən məhsullara heç bir əks göstərişiniz yoxdursa, o zaman hər gün özünüz üçün smuzi hazırlaya bilərsiniz. Bu içki eyni anda bir neçə istiqamətdə işləyir. Xüsusilə, xərçəng hüceyrələrinin öz-özünə məhv olmasına, onları bədəndən təmizləməyə kömək edir. Kanserogen maddələri zərərsizləşdirir. Həmçinin immunitet sistemini dəstəkləyir”, - deyə həkim vurğulayıb.
Aysel