Yaponiyada 100-dən çox insan "Beni-koji" pəhriz əlavəsini qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kobayashi Pharmaceutical Co.” şirkəti açıqlama yayıb.
Məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji”ni səbəbilə xəstəxanalıq olanlarda böyrək çatışmazlığı yaranıb.
Yapon şirkəti sözügedən məhsulu ölkə daxilində bazardan geri çəkməyə qərar verdiyini açıqlayıb.
Səhiyyə Nazirliyi məhsulu istehlak edən 2 nəfərin öldüyünü, ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini açıqlayıb.
Ölənlərdən birinin bu məhsulu 2021-ci ilin aprelindən 2024-cü ilin fevralına qədər istehlak etdiyi müəyyən edilib.
Nazirlik brendin məhsul kateqoriyasındakı təxminən 6 min məhsulda "sağlamlığa təhlükə" şübhəsi ilə təcili yoxlamalar aparacaq.
Kyodo agentliyi bildirir ki, 2023-cü ildə şirkət 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.
Aysel