Bakıda məşhur Sabina Perfumery Cosmetics şirkətlərinin mağazasında müştəriyə alış-veriş müqabilində hədiyyə verilən krem istifadə müddəti bitmiş çıxıb.
Medicina.az xəbər verir ki, müştəri bu barədə şikayətini sosial şəbəkələrdə yazıb. Belə ki, 5-ci gün Nizami küçəsindəki filialında alış-veriş edən xanıma hədiyyə olaraq üz kremi veriblər və kremi paketə qoyublar.
Müştəri bu aksiyadan sevinib, lakin onun sevinci uzun çəkməyib. Evdə kremin tarixinə baxdıqda onun istifadə vaxtının 2018-ci ilin iyul ayında bitdiyini görüb.
Müştəri kremi mağazaya qaytarıb, məsələni aydınlaşdıracağını, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət edəcəyini bildirib.