Duran Duran qrupunun üzvü, gitaraçı Endi Teylorda xərçəng aşkarlanıb.
"Medicina" xəbər verir ki, o, kollektivə məktub ünvanlayıb.
Musiqiçi Los -Ancelesdəki konsertində iştirak edə bilməyib.
O, zala müraciət göndərib və burda diaqnozundan bəhs edib.
"Məndə bir neçə il əvvəl prostat vəzinin xərçəngi aşkarlanıb.
Hazırda 4-cü mərhələdədir, metastaz verib. Ona görə də bu tədbirdə iştirak edə bilmədim".
Teylor bildirib ki, onu bütün ailə üzvləri və yaxınları dəstəkləyir.
Duranın Şöhrət zalında çıxış edəcəyi barədfə 6 aydır ki, elan verilmişdi.
Aygün Musayeva