Türkiyəli müğənni Yeşil Salkımın atası koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, 3 doza vaksin vurduran atası həyata tutunmağa çalışır:
“Yanındakı köməkçisi də 2 doz Biontech vaksini olunmasına baxmayaraq koronavirusa yoluxub. Heç bir xəstəxananı məsləhət etmirlər. Nəfəsalması azaldı. İndi onu gücləndirməyə çalışırıq”.