"The Alarm" rok qrupunun solisti, uelsli müğənni Mayk Peters 66 yaşında vəfat edib.
"Medicina" xəbər verir ki, o, uzun illər qan xərçəngindən əziyyət çəkirdi. İlk dəfə bu diaqnoz ona təxminən 30 il əvvəl qoyulmuşdu. Bununla belə, o, müntəzəm müalicə alıb.
Ömrünün son aylarında Peters pərəstişkarlarını remissiyaya nail olduğuna əmin edib. Ancaq sonra vəziyyət daha da pisləşib. Nəticədə o, dünyasını dəyişib.
MEDİCİNA.AZ