Türkiyəli müğənni Sıla Gençoğlu orqanlarını bağışladığını açıqlayıb.
Medicina.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.
"Bəlkə bir gün kiməsə həyat verərəm deyə, orqanımı bağışladım. Bunu etmək istəyən biri varsa, özünü tutmasın. Birinin nəfəsi ola biləcəyini düşünərək yaşamaq xoşbəxtlikdir” deyə, Sıla qeyd edib.