Məşhur rusiyalı bəstəkar və müğənni İqor Nikolayev təcili xəstəxanaya yerləşdirilib.
"Medicina" xəbər verir ki, o kardiologiya mərkəzinə aparılıb və hazırda reanimasiya şöbəsindədir.
Müğənninin infarkt keçirməsi ehtimalı var. Onun vəziyyəti barədə dəqiq məlumat verilmir.
İqor Nikolayevin 63 yaşı var. O, 1980-ci ildə Moskva Mədəniyyət İnstitutunun Estrada fakültəsini bitirib. Bundan sonra bəstəkar kimi sənət adamları ilə əməkdaşlıq edib, həmçinin də solo ifaçı kimi çıxış edib.
2001-ci ildə Əməkdar İncəsənət Xadimi, 2019-cu ildə isə Rusiyanın Xalq artisti adını alıb.