Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur müğənni 45 kq arıqlamağının sirrini açdı

  • 2021.10.08 16:10
  • 1813 Baxış
Məşhur müğənni 45 kq arıqlamağının  sirrini açdı
Britaniyalı müğənni Adel 45 kq arıqlamağın sirrini açıb.

Medicina.az xəbər verir ki, “Vogue” moda jurnalına müsahibə verən 33 yaşlı ulduz radikal dəyişiminin 2 ilə yaxın davam etdiyini deyib. Məşhurun ​​sözlərinə görə, arıqlamağın psixi sağlamlıq və güclü iradə ilə əlaqəsi var.

“Hər şey mənim narahatlığımla başladı. Məşq edəndə vəziyyətimin yaxşılaşmağa doğru getdiyini gördüm. Arıqlamaq məqsədim yox idi, sadəcə güclənmək və telefonsuz daha çox vaxt keçirmək istəyirdim. Tezliklə idmana aludə oldum, indi hər gün idmanla məşğul oluram. Səhərlər güc məşqləri edirəm, sonra gəzintiyə çıxıram və ya boksa gedirəm, axşam isə kardioya üstünlük verirəm.

Başımı qatmaq üçün bir asılılığa ehtiyacım var idi. Bu, toxuculuq da ola bilərdi, amma başqa bir peşə tapdım. Arıqlamaq prosesimi sosial şəbəkələrdə paylaşmadığım üçün insanlar şoka düşür. Cəmiyyət ulduzların həyatını İnstaqramda nümayiş etdirməsinə öyrəşib, amma başqalarının fikirləri məni qətiyyən maraqlandırmır. Hər şeyi özüm üçün edirəm”