Türkiyənin məşhur müğənnisi Sərdar Ortacın qardaşı "donuz qripi”nə yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb. Bildirib ki, qardaşı Sərxan reanimasiyaya yerləşdirilib.
"Qardaşım günlərdir, reanimasiyadadır. Onda H1N1 virusu, yəni "donuz qripi” tapılıb. Vəziyyəti ağır olduğu üçün müalicəsi 7-8 gün çəkəcək. Ayağa qalxacağına inanıram. Bu, 10 günə də ola bilər, 2 aya da...”