Türkiyənin məşhur müğənnisi Seda Sayan özəl xəstəxanada təcili əməliyyat edilib.
Medicina.az xəbər verir ki, ifaçı,pilates edərkən qolunda iki əzələsi yırtılıb. Əməliyyat üçün proqramının mövsüm finalına getməsini gözləyib. Həmkarları bu müddətdə müğənninin ağrılarının dözülməz həddə çatdığını qeyd ediblər.
Həkimi Sarper Çetinkaya, əməliyyatın uğurlu keçdiyini bildirib.