Məşhur türk müğənisi Safiye Soyman arıqlamaq üçün mədə botoksu etdirib.
Medicina.az xəbər verir ki, müğənni əməliyyat olunmaqdan qorxduğunu, ona görə də bu üsula əl atdığını deyib.
"Əməliyyat olunmaqdan qorxuram. Bunun əvəzinə mədəmin mərkəzinə üzə edilən botoks proseduru edildi. Bu isə iştahamı kəsdi. Hazırda normal vaxtlarda yediyimin 1/4-ni yeyirəm. 20 günə 4 kilo arıqlayaraq 63 kilo olmuşam. Hədəfim isə 55 kilo olmaqdır”, - deyə Soyman bildirib.
Safiya Soyman bu proseduru ən yaxın rəfiqəsi Seda Sayanın məsləhəti ilə etdirdiyini qeyd edib.
Bəs mədə botoksu nədir? Həqiqətən işə yarayırmı?
Mədə botoksu artıq çəkiyə sahib olub, lakin cərrahi əməliyyatdan çəkinən, pəhriz tutmaqda çəkinlik çəkən, səbri çatmayan şəxslər üçün həll yoludur. Sağlıq problemi olub kilo vermək məsələsində çətinlik çəkənlər də bu yola müraciət edə bilərlər.
Müayinədən keçdikdən sonra mədəsində problemi olmayan (eroziya, xora, hiratal hernia) hər kəs bu yöntəmdən yararlana bilər. İşləm bədən çəki indeksi 23-33 arası olan pasientlər üzərində icra edilə bilər.
Prosedur 20 dəq çəkir, pasient həmin gün evə buraxılır və mədə botoksunun təsiri işləm icra edildikdən 3 gün sonra başlayır, 6 ay ərzində keçərli olur. 6 aydan sonra pasientlər deyilən qaydalara və pəhrizə əməl etmiş olarlarsa, 6 ay ərzində 25-35 kq çəki verə bilirlər.
Mədə, normalda buraya düşən yeməyi xaric etmək üçün hərəkətli bir sahə olduğundan botoks (mexanizmi əzələni relax-iflic etməkdir) bu sahənin hərəkətini yavaşıdır. Və buna görə insan uzun müddət tam tox olur, aclıq hiss etmir. Həmçinin, mədənin beyinlə əlaqə yaradan aclıq hissini beyinə ötürən sinir ucları da blok edilir, pasient həm acmır, həm də mədədə yemək olduğu üçün təbii tox qalır, nəticədə çəki itirir. Botoks müəyyən yerlərə vurulduğu üçün nəticədə aclıq hormonunun təsiri də azalır.
Arzu
Medicina.az
Mende isteyirem qiymeti nedir bu emeliayin
Azerbaycan
Baki