Məşhur yaponiyalı modelyer Kenzo Takada 82 yaşında Fransada vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Paris KİV-i məlumat yayıb.
Modelyerin nümayəndəsinin sözlərinə görə, Takada COVID-19 infeksiyasına yoluxmanın nəticəsində vəfat edib.
Modelyer ötən əsrin 70-ci illərdən Parisdə işləməyə başlayıb, Fransa yüksək modasına “yapon” çalarları qatması ona qısa zamanda uğur gətirib. O, 1980-ci ildə “Kenzo” moda evini qurub, 1993-cü ildə isə onu LVMH qrupuna satıb. Bir neçə il sonra yaponiyalı modelyer “Kenzo” kolleksiyaları üzərində işləməyi dayandırıb, ancaq ara-sıra başqa layihələrdə iştirak edib.