Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur model ana oldu - Hamilə olduğunu bilmirdi - FOTO

  • 2019.11.16 11:00
  • 62097 Baxış
Məşhur model ana oldu -  Hamilə olduğunu bilmirdi - FOTO
Avstraliyanın tanınmış modeli E.Lanqmeid yenicə ana olub. Lakin o ana olacağını doğuş anına qədər bilmıəyib.


Medicina.az xəbər verir ki, 23 yaşlı model 37 həftəlik hamilə olub, amma özünün bundan xəbəri olmayıb. Gündəlik həyatına davam edən model hər gün çəkilişlərdə iştirak edib. O bildirib ki, hamiləliyə qarşı dərmanlardan da istifadə edib. 


Bir gecə qəfildən özünü pis hiss edən E.Lanqmeid vanna otağına keçib. 10 dəqiqədən sonra isə o, dünyaya qız uşağı gətirib. Körpənin çəkisi 3,6 kiloqram olub.Model körpənin adını Ayla qoyub.


Həkimlərin dediyinə görə onun hamiləliyi gizlin keçib. Çox nadir rast gəlinən bu halda qadınlar uzun müddət hamilə qaldıqlarından xəbərsiz olurlar. Çünki belə hamiləlikdə orqanizmdə demək olar ki, heç bir dəyişiklik olmur.

Məşhur model ana oldu -  Hamilə olduğunu bilmirdi - FOTO