Populyar mədə yanması əleyhinə olan reflüks dərmanı onkoloji yüksək risklidir.
"Medicina" xəbər verir ki, müasir dərman olan Ranitidin qida borusundan tutmuş bağırsaq xərçənginə kimi səbəb ola bilər.
Onkoloq Andrey Vorobyev son elmi araşdırmalarda bu dərmanın fəsadları sübut edilib.
"Ticari marka adı Zantac olan Ranitidin qıcqırma, göynəmə, reflüks, mədə xorası, qastrit müalicəsində son nəsil preparatdır.
Onu hazırda bütün müasir ölkələrdə təyin edirlər.
Lakin elmi araşdırmalar bəd proqnozlar verir. Bu dərmanla qida borusu, mədə, mədəaltı vəz, anal, öd kisəsi kimi xərçəng növlərinin əlaqəsi sübut olunub.
Dərmanları bir neçə il mütəmadi qəbul edənlərdə belə şişlər 40% hallarda əmələ gəlir".
Aygün Musayeva