Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur idmançı sağlamlıq sirrini açdı: “Sehrli smuzi”

  • 2024.07.10 17:47
  • 1134 Baxış
Məşhur idmançı sağlamlıq sirrini açdı:  “Sehrli smuzi”
Məşhur idmançı Cennifer Hintenberqer sağlamlıq sirrini bölüşüb.

Medicina.az xəbər verir ki, o, enerji bombası effekti verən, arıqladan və xəstəliklərin qarşısını alan “sehrli smuzi” hazırladığını bildirib.

43 yaşlı kanadalı idmançı hər səhər qida dəyəri yüksək olan və enerjini artıran smuzi hazırlayaraq içdiyini açıqlayıb.

İdmançını sağlam və güclü saxlayan smuzinin tərkibinə daxildir:

İspanaq

Sağlam beyin və ürək üçün dəmir, kalsium, C vitamini ilə zəngin olan ispanaq bu qarışığın ən vacib qidasıdır.

Banan

Banan sağlam həzm üçün vacibdir. Kalium, maqnezium, lif və enerji üçün karbohidratlarla doludur.

Giləmeyvələr

Hintenberger deyir ki, dondurulmuş giləmeyvələr smuzinin dad və teksturasını yaxşılaşdırır.

Albalı

O, çox vaxt bu qarışıma bir ovuc albalı əlavə edir. Çünki albalı əzələ ağrısının azalması və daha yaxşı bərpa olunması ilə əlaqələndirilir.

Zəncəfil

Bir çox tədqiqat zəncəfilin iltihabı azaltmaqdan həzmi yaxşılaşdırmağa qədər müxtəlif sağlamlıq faydalarını sübuta yetirib.

Sarıkök

Bu ədviyyatın tərkibində iltihab əleyhinə güclü antioksidant olan kurkumin adlı birləşmə var. Buna görə də Hintenberqer smuziyə bir çay qaşığı sarıkök əlavə edir.

Qara istiot

Hintenberqer sarıkökün faydalarını daha da artırmaq üçün həmişə onu qara istiotla birgə istifadə edir.
Qara istiot, həmçinin qan şəkərini tənzimləməyə və xəstəliklərin qarşısını almağa kömək edən birləşmələri ehtiva edir.

Maka kökü

And dağlarında yetişən maka bitkisinin kökü amin turşularını təmin etmək və sağlam hormonları dəstəkləmək üçün tez-tez toz şəklində istifadə olunur.

Bitki əsaslı zülal tozu

İdmançı smuzinin daha doyumcul olması üçün ona bitki əsaslı protein əlavə edir.


Aysel