Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur həkimin adından dələduzluq - Şəklini qoyub...

  • 2025.02.18 16:18
  • 632 Baxış
Məşhur həkimin adından dələduzluq   - Şəklini qoyub...


Azərbaycanın tanınmış naturopat həkiminin adından dələduzluq edərək, saxta informasiyalar yayılır.


“Medicina” xəbər verir ki, bitkilərlə müalicə üzrə tanınmış həkim Füzuli Hüseynov onun adından saxta sayt, səhifə açaraq, şəkillərindən, videolarından istifadə edildiyini bildirib.

Həkimin adından guta artrit, artroz, oynaq ağrılarından xilas edən gelin şəkli montaj olunaraq paylaşılıb.


O, bütün izləyicilərə müraciət edərək bu məlumatlara inanmamağa çağırıb.

“Mənim adımdan müxtəlif dərmanlar satırlar. Guya bu kimi dərmanları mən məsləhət görürəm. Amma mənim bunlardan heç bir xəbərim yoxdur, dəfələrlə reaksiya versəm də nəticəsi olmur. Mənim adımdan dəqiq məlumatları ancaq mənim şəxsi bloqlarımdan izləyin.
Bu mikroblarla mübarizə aparmaq da olmur. İnanmayın, hamısı fırıldaqçılardır”.


Qeyd edək ki, bir neçə ildir ki, bütün dünyada belə saxta dələduzluq yayılıb. Tanınmış həkimlərin adı, şəkli və müsahibələrini bir linkə, sayta yerləşdirib, sonda guya müalicə məqsədilə krem, məcun, dərman və s. reklam edilir. Sifariş üçün link və hissə də var.Sifariş etdikdə də məhsulu kuryer gətirir. Bu işin təşkilatçıları isə daha çox xaricdən, Rusiyadan idarə olunur.

Azərbaycanın bir çox tanınmış həkimləri Rəşid Mahmudov, Nadir İsmayılov və s. də adından belə saxtakarlıqlar olunur.


Belə məlumatlara, məhsullara və saxta linklərə etibar etmək olmaz.

Aygün Musayeva



Məşhur həkimin adından dələduzluq   - Şəklini qoyub...