Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur həkimdən XƏBƏRDARLIQ: “Gün vurma halları artıb, belə havalar beyini qurudur”

  • 2021.06.26 12:44
  • 1630 Baxış
Məşhur həkimdən XƏBƏRDARLIQ:  “Gün vurma halları artıb, belə havalar beyini qurudur”
“Son günlərdə insanlar arasında gün vurma halları artıb. Ultrabənövşəyi şüaların intensivliyinin artdığı bu vaxtlarda şüalar nəinki papaqdan, hətta kəllə sümüyündən keçərək sinir toxumasını zədələyir”.

Medicina.az xəbər verir ki, bununla bağlı anestezioloq-reanimatoloq Şahin Məmmədov insanlara xəbərdarlıq edib:



“Son günlər mənə gələn zənglərə əsasən deyə bilərəm ki, gün vurma halları artıb. Ultrabənövşəyi şüaların intensivliyinin artdığı bu vaxtlarda şüalar nəinki papaqdan, hətta kəllə sümüyündən keçərək sinir toxumasını zədələyir. Yüngül halda sağ qalırsız amma çoxsaylı neyron ölür.

İnsanlar düşünür ki, 1 illik “D” vitaminini 1 gün içərisində qazanmaq olar. Gün altında “zaqar”ın müddəti əslində 15 dəqiqəni keçməməlidir. Maksimum 20 dəqiqə olmalıdır. Ona görə də plyaja gün batana yaxın getmək lazımdır. Səhər gedib axşama qədər orda qalırlar, girişə pul verdikləri üçün maksimum qalmağa çalışırlar.

Yüngül dəri yanığı bildiyiniz hal xərçəng riskini artırır. 20 dəqiqədən artıq “zaqar” sizi qocaldır. Dərinin yaşlanmasına səbəb olur. Xüsusən üzünüzü qoruyun”.