Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur həkimdən gözlənilən epidemiya XƏBƏRDARLIĞI

  • 2025.01.06 17:58
  • 836 Baxış
Məşhur həkimdən gözlənilən epidemiya      XƏBƏRDARLIĞI
Yaxın 3-5 ildə yeni epidemiya ola bilər.


“Medicina” xəbər verir ki, bu barədə rusiyalı aparıcı həkim Aleksandr Myasnikov öz bloqunda 5 ildən bir baş qaldıran epidemiyalardan yazıb:


“Hər 5 ildən bir heyvan, quşlardan bir virus baryeri aşaraq, insan orqanizminə keçir və mutasiyaya uğrayır. Sonra da insandan insana yayılır.
Mən dəqiq deyə bilmərəm, bu dəfə epidemiyanı hansı virus yaradacaq, onlar çoxdur. Ola bilər quş qripi və ya setapnevmovirus. Bu gün çox viruslar barədə qorxunc xəbərlər yayılır.

Məsələ bundadır ki, virus epidemiyalarına hazırlıq üçün vaksin və virus preparatı da yoxdur.

Bəs nə etməli?

Xəstəxanada epidemiya sağalmır, bu çıxış yolu deyil. Məhz xəstəxanalarda virus mutasiyaya uğrayır və ağır virus yükləməsi yaranır.

Kütləvi şəkildə xəstəxanaların doldurulması çıxılmaz quyudur.
Xəstələrin çox hissəsi evdə qalmalıdır. Bu ağırlaşma və mutasiyanın qarşısını alar.


Bunun üçün koviddə olan səhvlərə yol verməməliyik.

Onlayn həkim xidməti 24 saat aktiv olmalıdır.
Tənhalar üçün baxıcı xidməti
və ağır xəstələrin daşınması xidməti olmalıdır”.

Aygün Musayeva