Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur həkimdən damarları təmizləyən Möcüzə resept

  • 2022.05.01 18:40
  • 4111 Baxış
Məşhur həkimdən damarları təmizləyən  Möcüzə resept

Bu eliksir yüksək xolesterində, ürək damarlarının tutulması, yüksək təzyiq, yüksək lipidlər, piylənmə, bədən soyuqluğu, qan dövranı pozğunluqları, yaddaşsızlıq, skleroz və s. kimi xəstəliklərin müalicəsində faydalıdır.

Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bildirib ki, eliksiri hazırlamaq üçün zamana ehtiyac var və bu qarışım heç yerdə satılmır, yalnız hazırlamaq olar.

Fitoterapevt bildirib ki, eliksir gözləri işıqlandırır, sağalmaz trofiki yaraların müalicəsi zamanı içilə bilir. Hətta şəkər xəstələri belə bu eliksirdən içə bilər. Eliksir beyin-qan dövranını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Lazım olanlar:

Yemişan meyvəsi - 400 qram
Yemişan çiçəyi - 100 qram
Yapon saforası - 200 qram
Öksəotu - 200 qram
Bal - yarım stəkan
Təbii alma sirkəsi - 1 stəkan
Spirt - 1 stəkan
Su - 2 litr

Bütün bitkilər doğranılır (nə qədər balaca olsa, o qədər yaxşıdır). Alma sirkəsi, spirt, bal və su əlavə olunur, yaxşı-yaxşı qarışdırılır və ağzı tənziflə örtülərək adi otaq temperaturu olan bir yerə qoyulur. Şüşə balona töküb saxlanılır. Qış aylarında təxminən 3-4 aya, yay aylarında isə 2 aya hazır olur (saxlanılan havanın tempraturu nə qədər isti olarsa, eliksir o qədər tez hazır olacaq). Gündə 1 dəfə qarışdırmaq lazımdır. Qarışımdan əvvəlcə çaxır iyi gəlsə də, sonra yavaş-yavaş sirkələşəcək. Tam sirkə iyi gələndən sonra istifadəyə hazırdır.

İstifadə qaydası:

Gündə 2-3 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içilir. İstifadə müddəti 3 aydır. Əlavə problem olarsa, məsələn, allergiya, təzyiq düşməsi və s. bu zaman istifadəni dayandırıb həkimlə məsləhətləşmək lazımdır. Təzyiq düşən zaman 1 stəkan suya 1 çay qaşığı bal qarışdırmaq olar.

"Onu da xatırladım ki, eliksirin tərkibində alkoqol qalmır. Tərkibə qarışdırılımış spirt sirkələşir. Burada spirt yalnız xarab olmaqdan qorumaq üçün (stabilizator olaraq) əlavə olunur", - deyə həkim söyləyib.