Cinsi uyğunsuzluq bir çox ailələrin dağılmasına səbəb olur. Problemi vaxtında təyin etmək və bütün mümkün vasitələrdən istifadə etmək vacibdir.
"Medicina" xəbər verir ki, həkim fitoterapevt Fizuli Hüseynov cinsi zəiflikdə effektiv bildiyi reseptləri xüsusən kişilərin diqqətinə çatdırıb.
50 qram zəncəfil tozu, 100 qram eleutrokokk tozu, 50 qram biyan kökü tozu, 50 qram çiçək tozu və 1 kq baldan məcun hazırlayıb gündə üç dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı yeməli.
200 qram güldəfnə tozu, 100 qram güləm, 100 qram xurma, 1 kq baldan məcun hazırlayıb gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeməli.
Kürəkdən 6, beldən 4 yerdən həcəmət etdirmək cinsi istəyi artırır
10 ədəd keçibuynuzu meyvəsi əldə qırılır 3 stəkan suda 10 dəq vam odda qaynadıb 1 saat sonra süzüb gündə üç dəfə yeməkdən əvvəl bir stəkan için
300 qram badam, 300 qram qoz, 300 qram kedra toxumu, 300 qram kişmiş, 1 kq bal götürülür. Hamısını blenderdən keçirilir, bal əlavə olunur, qarışdırılır. Qarışıqdan gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı olmaqla yeməli
Gündə 2 ədəd banan yemək faydalıdır
Sonda xatırladım ki, qoz kişmiş fındıq badam Hindistan qozu, ud hindi, qarazirə, istiot, pul bibər tozu, kök toxumu, bal bəkməz biyan kökü, cirə dəfnə toxumu, dəmirtikanı, gicitkən toxumu,güldəfnə (hilba) kimi bitkilər cinsi istəyi artırırlar. Qoç əti yemək, kərə yağı yemək siqaret və alkoqolu tərgitmək lazımdır.
Aygün Musayeva