Bu şorbanın ideyası Amerikalı həkim Maks Gersona aiddir. O, onkoloji xəstələri müalicə edirdi və onların qidalanması üçün xüsusi ideyalar düşünürdü.
Həkim qeyd edir ki, bu şorbanın adından qorxmayın. Onu bütün sağlam insanlar profilaktika məqsədilə, istərsə hər gün yeyə bilərlər.
Şorba orqanizmdə qələvi mühiti yaradır, bu da şiş hüceyrələrinin qarşısını alır.
Medicina.az immuniteti möhkəmləndirən şorbanı təqdim edir. Bu şorba mədə, bağırsaq, mədəaltı vəz, düz bağırsaq şişlərinin qarşısını alır.
Ərzaqlar:
- Yaşıl kərəviz – 2 ədəd
- Cəfəri – bir dəstə
- Kök -2 ədəd
- Sarımsaq – 5 diş
- Baş soğan – 2 ədəd
- Porey soğan -1 ədəd (marketdə satılır)
- Pomidor – 6 ədəd
- Kartof – 4 ədəd
Hazırlanması:
Tərəvəzlər təmizlənir, orta kub kimi doğranılır, qabığı soyulmur. Pomidordan və cəfərindən başqa hamısı qazana yığılıb, üzərinə qaynar su alınır. Su tərəvəzlərin üzərini örtməlidir.
Bu şorba zəif odda 2 saat bişirilir.
Ən sonra pomidor əlavə olunmalıdır. Oddan götürənə yaxın cəfəri doğranılıb qatılır. Şorbaya duz, istiot vurmayın. İstəsəniz belə yeyə bilərsiz, tərəvəzləri çeynəmək istəmirsizsə, şorbanı blenderdən keçirin.
Şorbanı 3 gün saxlamaq olar. Ondan çox saxlamaq zərərlidir. İlk 2 gün ərzində yeyilib bitməlidir.