Tanınmış həkim uroloq Vasif İsmayıl da fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.
Medicina.az xəbər verir ki, bu barədə həkim öz sosial şəbəkə hesabında bildirib.
"Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən 9 Fevralda keçiriləcək Milli Məclis seçkilərinə namizədliyimi vermək qərarına gəldim.
Sumqayıt mənim doğma şəhərimdir. Orada doğulmuşam, orada oxumuşam, boya-başa çatmışam".