Dekabrın 18-də Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) X Milli Yubiley Konqresi təşkil olunub.
Medicina.az xəbər verir ki, tədbir çərçivəsində növbəti iki il üçün (2022-2023) AKC İdarə Heyəti sədrinin və üzvlərinin seçkisi keçirilib.
Səsvermənin nəticələrinə əsasən invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov AKC-nin sədri seçilib.
Qeyd edək ki, Ü.Rəhimov Ankara Universiteti Tibb fakültəsinin məzunudur. O, hazırda "Baku Medical Plaza" klinikasında şöbə müdiri kimi fəaliyyət göstərir.