Baş prokurorluğun saxta dərman mafiyasını ifşa əməliyyatı zamanı ölkənin bir neçə tanınmış həkimlərinin də adı bu qalmaqallı prosesdə hallandı.
Medicina. az Minval.infoya istinadən xəbər verir ki, Azərbaycanın sayılıb-seçilən professoru ginekoloq Mehman Həmzəyevin adının bu siyahıda olması tibb işçiləri arasında şok yaradıb. Uzun illərin həkimi əlavə gəlir əldə etmək üçün dərman mafiyası ilə əlbir olmaqda bir qəbahət görməyib. Bakının məşhur klinikasında çalışan ginekoloqun çoxsaylı xəstələri olub. O, xəstələrinə əlavə olaraq saxta dərmanları yazaaq, sonradan şirkətdən faizini alırmış.
Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarının əməliyyat çəkilişi zamanı bir neçə həkimin adı səslənib. Dərman şirkətlərindən götürülən hesabat tipli qeydlərdə də həkimin adı və alacağı məbləğ açıq-aşkar görünür.
Qeyd edək ki, həmin əməliyyatda ATV telekanalında aparıcı Zaur Baxşəliyevin verilişinə tez-tez çağırdığı ginekoloq Natiq Məhərrəmovun da adı mafiya ilə əlbir həkimlər siyahısında var. Dərman mafiyası ilə əlbir olan həkimlərin əksəriyyəti ginekoloqlardır.
Mehman ve duger ginekoloqlar ixtiyar uzi duzgun baxmirlar.Ve sonda sehv qerarlari xesteni sehven emeliyyata aparir. Suni mayalanma hekimleri xestenin veziyyetinden sui istifade edir. Ve ucuz dermanlari xesteye baha qiymete sirihirlar. ALLAH XESTENI ALDADIB YALANDAN EMELIYYAT LAZIMDI DEYEN HEKIMLERE LENET ETSIN.ELE ONLARIN ICINDE MEHMAN DA VAR.
Heç Allahdan qorxdunuzmu bu yazını yazanda? Göydə ALLAH yerd bu mələk kimi həkim Mehman doktor nə qədər ailələrə xoşbəxtlik və sevinc bəxş etmiş elə içi mən qarışıq.Mərkəzi klinikadan belə gəzdim hər yerdə mənə dedilər sənin uşağın olmayacaq! yumurtalığın qocalıb.Bu insan mənim üzərimdə elə bir zərgər cərrahi əməliyyatı etdi ki, şükür Allaha iki uşaq anasıyam indi.Yaş yarım fərq oldu övladlarım arasında.Allahdan qorxun! İmkan verin bu Allahın bizə bəxş esiyi mələk qismində olan yaxşı həkimlər insanlara kömək etsinlər. Axı siz onu tanımırsınız!!!! Mənim günlərim keçib onun növbələrində! Mehman doktor tək həkim yox, o gözəl İNSANdır.Allah onu var eləsin!!! AMİN!