Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur fitness məşqçisindən 5 məsləhət - Bunları etməyin!

  • 2024.06.04 17:37
  • 1262 Baxış
Məşhur fitness məşqçisindən 5 məsləhət -  Bunları etməyin!
Məşhur fitness məşqçisi Cenna Rizzo idmanla bağlı ən çox yayılmış 5 səhvi açıqlayıb.

Medicina.az fitness məşqçisinin məsləhətlərini təqdim edir:

1.İdman zalında özünüzə çox yüklənməyin!

Rizzo deyir ki, həftədə bir neçə dəfə idman zalında çox ağır və uzunmüddətli məşq etmək bədənə gözlənildiyi qədər yaxşı təsir etmir. Həm də bu, gücü və həvəsi azaldır.

2021-ci ildə aparılan bir araşdırma da həddindən artıq məşqin atrial fibrilasiya riskini artıra biləcəyini üzə çıxarıb. Sürətli ürək döyüntüləri ilə xarakterizə olunan bu aritmiya vəziyyəti ürək daxilində laxtalanma ilə nəticələnə bilər.

Mümkün arzuolunmaz təsirlərdən biri də rabdomiyolizdir. Bu nadir xəstəlikdə skelet əzələlərinin müxtəlif səbəblərdən məhv olması nəticəsində onların struktur məhsulları qana qarışır. Bu maddələr, o cümlədən miyoqlobin bədəndən süzülərkən böyrək toxumasına zərər verə bilər.

2. Özünüzə yeməklə bağlı qadağalar qoymayın!

Fitness məşqçisinin fikrincə, “Bunu yeyə bilmərəm, çünki zərərlidir”, “Yalnız gündüzlər karbohidrat istehlak edə bilərəm, gecələr yox” və s. kimi cümlələr insanın yeməklə münasibətinə çox zərər verir. Bu hal gələcəkdə müxtəlif yemə pozuntularına səbəb ola bilər.

3. Başqası kimi olmağa çalışmayın!

“Sən onlar kimi yeyə, onlar kimi idman edə bilərsən, amma onlar kimi olmayacaqsan”, - Rizzo deyir.

O, özünü başqaları ilə müqayisə etməyin doğru olmadığına diqqət çəkərək "Bunu ağlından çıxar və özünün ən yaxşı variantına çatmağa çalış", - deyə qeyd edir.

4. Özünüzü qınamayın!

“Çox yeyəndə və ya məşqə getməyəndə özünüzə qarşı çox tənqidi yanaşmaqdan çəkinin. Özünüzə qarşı sərt olmaq əvəzinə, müsbət davranışlarınıza fokuslanın və onları ön plana çıxarın. Bəlkə ilk hədəfiniziə uyğun davranmırsınız, nəzərinizdə tutduğunuz qədər yaxşı qidalanmır, idmana çox vaxt ayırmırsınız. Ancaq ən azı bunları heç etməyən insanlara nəzərən siz nə isə etməyə çalışırsınız. Ona görə də həvəsinizi öldürməyin”, - deyə Rizzo vurğulayır.

5. Yuxusuz qalmayın!

“Yetkinlər gecə 7-9 saat yatmağı hədəfləməlidirlər. Xroniki yuxusuzluq piylənmə, yüksək qan təzyiqi, yüksək xolesterin və diabetlə əlaqələndirilir. Depressiya və anksiyete kimi psixi sağlamlıq problemləri də yuxusuzluqla birbaşa bağlıdır. Həftədə 7 gün idman etməyə ehtiyac yoxdur, 3-4 gün kifayətdir. Hər gecə cəmi 6-7 saat yatmaqla yaxşı irəliləyiş əldə edəcəyinizi gözləməyin. Yuxu rejiminiz ən azı idman qədər əhəmiyyət daşıyır”, - deyə fitness məşqçisi diqqətə çatdırıb.


Aysel