Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur Dubay şokoladının zərəri üzə çıxdı

  • 2024.10.22 19:53
  • 202 Baxış
Məşhur Dubay şokoladının zərəri    üzə çıxdı

Hazırda çox populyar olan içlikli Dubay şokoladı əslində sağlamlıq üçün təhlükəli ola bilər.

“Medicina” xəbər verir ki, endokrinoloq Veronika Savenko bu şokoladların bəzi insanlara zərərli olduğunu bildirib.


“Bu şokoladda şəkər və yağ adi şokoladdan çox olduğu üçün ürək-damar və şəkər xəstələri üçün çox təhlükəli ola bilər.

İçlikli şokoladı çox yedikdə qanda şəkər kəskin ani qala bilər, qana insuilin çox sıçrayır, nəticədə mədəaltı vəzin və digər orqanların toxumalarını zədələyir.


Şokoladda həm də kadaif, həm fıstıq əzməsi olduğu üçün təzyiqi də qaldıra bilər.

Artıq çəki ilə yanaşı ürək-damar xəstəlikləri, diabet, ateroskleroz və s. səbəb olur.

Eləcə də hamilə və uşaqlarda, allergiyası olanlarda səpki, köp, ishal verə bilər.


Əslində tərkibinə baxanda faydalıdır, amma onu sağlam və gənc insanlar norma daxilində yeməlidir. Norma isə bir plitka yox, gündə cəmi 30 qram şokoladdır”.


Aygün