Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər insult keçirib.
Medicina.az xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova məlumat verib. Bildirib ki, səhər saatlarında bəstəkarın vəziyyəti ağırlaşıb. O, təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Bəstəkar hazırda xəstəxananın reanimasiya şöbəsindədir.