Bir müddət öncə bağlanan ANS TV-nin keçmiş əməkdaşı Gülnarə Məmmədova övladını itirib.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.
Bir neçə müddətdir qızı üçün dua edən aparıcı onun yaxşı olmadığı barədə informasiya vermişdi. O, bu dəfə də üzüntüsünü feysbuk hesabından yazıb:
"Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan..."
Qeyd edək ki, G.Məmmədova 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə ailə qurub.