Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur alimlərdən oruc tutmağın FAYDALARI

  • 2022.04.20 15:14
  • 2371 Baxış
Məşhur alimlərdən oruc tutmağın   FAYDALARI


ABŞ-ın Kaliforniya ştatındakı Salk Bioloji Tədqiqatlar İnstitutu uzun illər gündəlik qida rasionunun miqdarını araşdırıb.

Medicina.az xəbər xəbər verir ki, araşdırmanın nəticələri Britaniyanın BBC telekanalında yayımlanıb.

Araşdırmanın müəllifi Emili Manuqan qeyd edib ki, gündə 12 saat yemək yemək doğru deyil. Ekspert əlavə edib ki, istirahət orqanizmə müsbət təsir edir.

Viskonsin Universitetinin Tibb və İctimai Sağlamlıq Məktəbinin dosenti Rozalin Anderson da “intervallı oruc” kimi təqdim edilən pəhriz növünü araşdırıb və fasiləli orucun bədəndəki zədələri bərpa etməyə kömək etdiyi müəyyən edib. Orucun həmçinin bir sıra xəstəliklərlə əlaqəli olan “qüsurlu molekulları olan zülalları” təmizlədiyi ortaya çıxıb. Anderson hesab edir ki, fasiləli oruc bədənimizin təkamülü ilə daha çox uyğunlaşır. Bu, orqanizmə fasilə verməyə imkan yaradır ki, o, qidanı saxlaya və enerjini lazım olan yerə ötürə bilsin.

İtaliyanın Padua Universitetinin professoru Antonio Paoli fasiləli orucun yeməkdən sonra qanda yüksələn şəkər səviyyəsi və qlisemik reaksiyamızı da yaxşılaşdıra biləcəyini irəli sürüb: “Qanda şəkər səviyyəsinin daha kiçik sıçrayışı bədəndə daha az yağ saxlamağa imkan verir. Bu, daha tez arıqlamağınıza kömək edə bilər. Tədqiqatda əldə etdiyimiz məlumatlar göstərir ki, axşam yeməyini erkən yemək və oruc vaxtının artırılması bədənə bəzi müsbət təsirləri artırır, məsələn, qlisemik nəzarəti tənzimləyir”.

Bəzi ekspertlər, o cümlədən Nyu Yorkdakı Kornell Universitetinin İnsan Ekologiyası Kollecində fasilələrlə oruc tutan professor David Levitskin qənaətincə, ən yaxşısı gündə bir dəfə qidalanmaqdır. Lakin o, diabetli insanlara bu cür pəhrizi tövsiyə etmir.

Qida tarixçisi Seren Çarrinqton-Hollins isə deyib ki, səhər yeməyi yeməsəniz, daha az kalori qəbul edərsiniz.

Diabetli insanların oruc tutması ilə bağlı ekspertlər fikir ayrılığına malikdirlər. Manuqan gündə bir dəfə yeməyi tövsiyə etmədiyini açıqlayıb. Çünki oruc qanımızdakı qlükozanı artıra bilər. Uzun müddət ərzində oruc və qlükoza səviyyəsinin yüksəlməsi 2-ci tip diabet üçün risk faktorudur. Qanda şəkər səviyyəsinin düşməməsi üçün Manuqan qeyd edib ki, gündə bir dəfədən çox yemək lazımdır, bu, daha çox qlükoza ifraz olunmasının qarşısını alır:

“Əgər yeməyinizin çox hissəsini daha erkən yesəniz, vücudunuz gün ərzində topladığınız enerjini yağ kimi saxlamaq üçün istifadə edə bilər. Həmçinin, oyandıqdan sonra çox erkən yemək sağlamlığımız üçün faydalı deyil. Buna görə də ilk yeməyi oyandıqdan 1-2 saat sonra qəbul etmək insan orqanizmi üçün daha faydalıdır”.

Hollins bildirib ki, ilk dəfə səhər yeməyi anlayışı ilə çıxış edən qədim yunanlar çörəyi şəraba batıraraq yeyirdilər: “Sonra qənaətcil nahar, daha sonra isə doyumlu şam yeməyi yarandı. Əvvəllər səhər yeməyi aristokratik siniflərə xas idi. Bu gün səhər yeməyinin norma olması anlayışı 19-cu əsrdə Sənaye İnqilabı və iş saatlarının tətbiqi zamanı ortaya çıxdı. Müharibədən sonra qida ehtiyatı azaldıqda doyumlu səhər yeməyi ideyası sıradan çıxdı. Gündə 3 dəfə yemək ideyası da prosesdə itdi. 1950-ci illərdə səhər yeməyi yulaf və tostdan ibarət oldu. Əsrlər boyu insanlar gündə 3 dəfə yemək yeyib, lakin indi insanların yeməyə münasibəti dəyişib”. /publika.az/