Avstraliyanın ən yaşlı alimi - 104 yaşlı David Goodall evtanaziya ( bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsidir) proseduru üçün İsveçrəyə gedəcək.
Medicina.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə The Australian nəşrində məlumat verilib.
Əslində Avstraliyanın Viktoriya ştatında yalnız xəstə insanlar üçün evtanaziya qanuniləşdirilmişdir. Goodall isə müalicə olunmayan xəstəlikdən əziyyət çəkmir, lakin həyatı keyfiyyətinə təsir edən çoxsaylı xəstəliklərə görə yaşamaq istəmir.
Elm adamının evtanaziya istəyinə İsveçrənin Bazel şəhərindən müsbət cavab gəlib. Fəallar Goodallun səfəri üçün 15 min dollar toplayıblar. May ayında o, prosedurdan keçməlidir.
Goodall geobotanika və ekoloji statistika sahəsində mütəxəssisdir. O, Perthdəki Edith Cowan Universitetinin professorudur.