Türkiyənin məşhur aktyoru, şoumen, teleaparıcı Mehmet Ali Erbil yenidən xəstəxanaya yerləşdirilib.
Medicina.az BakuPost-a istinadən xəbər verir ki, tanınmış şoumen hazırda reanimasiyadadır. Qeyd edək ki, evinin hamamında yıxılaraq qabırğalarını
sındırmış, 258 gün reanimasiyada qaldıqdan sonra bu ilin iyul ayında evə
buraxılmışdı.
Maslakdakı xəstəxanada müalicə alan Ərbilin son durumu ilə
bağlı qızı açıqlama verib. Sezin Ərbil deyib ki, atası reanimasiyada
olsa da, sağlıq durumunda ciddi problem yoxdur:
"Narahatlığa əsas
yoxdur. Çox şükür ki, hazırda vəziyyəti yaxşıdır. Lazım olan müalicəni
alır. Atam pərəstişkarlarının duası ilə yaxşılaşdı”.