Türkiyəli, məşhur teatr və kino aktyoru Genco Erkal vəfat edib.
Medicina.az xəbər verir ki, 86 yaşlı aktyor qan xərçəngindən dünyasını dəyişib.
O, bir müddətdir müalicə olunurdu.
Genco Erkal 1959-cu ildən etibarən Türkiyənin önəmli teatrlarında aktyor və rejissor kimi çalışıb. O, 1969-cu ildə "Dostlar Teatrı"nı yaradıb.
Aktyor 1965-ci ildə Nikolay Qoqolun “Bir dəlinin gündəliyi” əsərini teatra uyğunlaşdırıb və bu tamaşanı uzun illər səhnələşdirib.
Sənətçi Aziz Nesindən Haldun Tanerə, Nazım Hikmətdən Behiç Ak və Yaşar Kamala qədər bir çox sənətkarın əsərlərini tamaşaya qoyub.
1982-ci ildə “At” və 1983-cü ildə “Faize hücum” filmləri ilə Antalya Film Festivalında “Ən yaxşı aktyor” kateqoriyasında iki dəfə mükafata layiq görülüb.
Aysel