Məşhur aktyor Emre Kınayın səhhəti pisləşib.
Medicina.az Türkiyə KİV-nə istinadən bildirir ki, bir müddət əvvəl “Ramo” serialına qatılan Emre, orada koronavirusa yoluxub.
Test nəticələri müsbət çıxan aktyor təcili olaraq karantinə alınıb. Hazırda Kınay xəstəliyi çətin keçirir və bədənində şiddətli ağrılar var. Həkimlər aktyorun səhhətinin ağır olduğunu bildiriblər.