Türkiyənin məşhur aktrisası Türkan Şoray yenə xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, bağırsaq infeksiyası diaqnozu qoyulan aktrisa 5 gündür ki, müalicə olunur.
Keçən il cərrahiyyə əməliyyatı keçirən aktrisa 5 gündür həkim nəzarəti altındadır. Problemi səbəbindən bir müddətdir yemək yeyə bilməyən Şoray 2 kilo arıqlayıb.