Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

58 yaşlı aktrisanın sağlamlıq SİRRİ

  • 2025.04.22 10:08
  • 235 Baxış
58 yaşlı aktrisanın sağlamlıq  SİRRİ

Dünyaca məşhur aktrisa Salma Hayek sosial media hesabında bikinili pozasını paylaşıb.

Medicina.az xəbər verir ki, fransız iş adamı Fransua Anri Pino ilə evli olan Salma Hayek tətilə çıxıb. 58 yaşlı aktrisa bikinisində poza verib. Fit görünüşü ilə diqqət çəkən məşhurun pəhrizi maraq doğurub.

Hayek əvvəlki müsahibələrində intensiv məşq proqramı yerinə müntəzəm yoqa, sağlam qidalanma və ağıl-bədən balansına diqqət yetirməyə üstünlük verdiyini bildirmişdi.

Hayek gərgin məşq proqramlarından çox bədən-ağıl birliyinə inanır. Gündəlik 5-10 dəqiqə yoqa və meditasiya onun enerjili qalmasında mühüm rol oynayır.



Orqanik və evdə hazırlanan yeməklərdən istifadə edən Hayek, demək olar ki, heç vaxt fast food yemir. Fermentasiya edilmiş qidalar, təzə tərəvəzlər və sağlam yağlar onun pəhrizinin əsasını təşkil edir.

O, bədənini toksinlərdən təmizləmək üçün bol su içdiyini və gün ərzində detoksedici bitki çaylarına üstünlük verdiyini bildirir.

Salma dərisini təbii yağlar və bitki mənşəli məhsullarla qoruyur. Xüsusilə gecə baxımına böyük əhəmiyyət verir.

Səhərlər şəkərli qidalardan uzaq durduğunu açıqlayan ulduz səhər yeməyində daha çox meyvə, yulaf və badam südü kimi sağlam alternativlərə üstünlük verir.

Aygün
Medicina.az