Türkiyəli aktrisa Cansın çekili koronavirusa yoluxub.
Medicina.az milliyet.com.tr-yə istinadən xəbər verir ki, “Çocuk”, “Mucize doktor”, “Erkenci kuş” kimi seriallarda rol alan aktrisa Cansın Çekili bu barədə özünün instaqram hesabından etdiyi paylaşımda məlumat verib:
“20 gündür bronxit və allergiya xəstəliyindən əziyyət çəkirdim. Müayinə üçün xəstəxanaya üz tutdum və nəticələr pozitiv çıxdı. Bu günə qədər evdə karantində qalırdım. İndi artıq otağımdan çölə çıxmıram. Xəstəlik o qədər yorucu və çətindir ki. Üstəlik, kiməsə keçə bilər və ona da bir şey olar qorxusu. Neçə gündür, dadını hiss edə bilmədiyim üçün şokolad yemirəm. Ətirlərimi istifadə etmirəm”.