Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur aktrisa estetik əməliyyat etdirdiyinə peşman oldu - FOTO

  • 2018.06.11 15:37
  • 10756 Baxış
Məşhur aktrisa estetik əməliyyat etdirdiyinə peşman oldu -  FOTO
Türkiyənin məşhur "Möhtəşəm 100 il" tarixi serialı ilə tanınan aktrisa Məryəm Üzerliyə dodaqlarını və üzünü təbii halına qaytarması barədə xəbərdarlıq edilib.


 

Medicina.az xəbər verir ki, Məryəm Üzerli, 2011-2014-cü illər arasında davam edən tarixi serialda Hürrəm Sultanı oynayarkən üzündə heç bir estetik əməliyyat yox idi. Çünki serialın prodüseri Teymur Savcı ekran işində estetik əməliyyat etdirmiş aktyor görmək istəməmişdi.


Məryəm Uzerli isə son 2 ildə gözaltı, gicgah və dodaqlarına dolğu vurdurub. Amma onun gözəllik uğrunda etdiyi cəhdləri bəyənilməyib və kəskin tənqidə məruz qalıb.


Məlum olub ki, aktrisaya məşhur rejissorlardan biri "Çox təəssüf, üzünü düzəlt" deyə xəbərdarlıq edib. 34 yaşlı ulduz artıq hərəkətə keçib. O, üz və dodaqlarındakı dolğuları əritməyə qərar verib. Bunun üçün aktrisa yaxın günlərdə İstanbulda həkimlə görüşəcək və təbii halına qayıdacaq.

 

Məşhur aktrisa estetik əməliyyat etdirdiyinə peşman oldu -  FOTO