Amerikalı aktrisa Nikol Eqqertə dekabrda süd vəzi xərçəngi diaqnozu qoyulub.
“Medicina” xəbər verir ki, aktrisada II dərəcə xərçəng aşkarlanıb.
51 yaşlı qadın xəstəliyin əslində çox əvvəl başladığını bildirib.
“İlk əvvəl mən 10 kq-dan çox kökəldim, 3aydan sonra sol döşümdə pulsasiya kimi ağrı hiss etdim.
Əvvəlcə simptomları menopauzaya yozdum, amma süd vəzimi özüm yoxladıqda orda bərk kütlə hiss etdim.
Həkim məni təcili mammoqrafiyaya saldı”.
İndi əməliyyat və kimyaterapiya alacaq aktrisa erkən aşkarlandığı üçün sağalacağına inanır.
Aygün M